Muğlada keçirilən konsert zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələr işlədildiyi iddiası ilə bağlı aparılan araşdırma çərçivəsində müğənni Hande Yener prokurorluqda ifadə verib.


 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yener bildirib ki, hər zaman dövlətinin və xalqının yanında olub heç vaxt bölücü dil işlətməyib və heç kimi hədəf almayıb.


 


O, konsert görüntülərinin kontekstdən çıxarıldığını qeyd edərək deyib: “Zıplama hərəkəti və ‘bu dövrü dəyişdirəcəyik’ ifadəsi eyni ana aid deyil. Videolar birləşdirilərək yanlış təsəvvür yaradılıb.”


 


Sənətçi həmin ifadənin başqa bir konsertdə gənclərə motivasiya məqsədi ilə səsləndirildiyini bildirib.


 


Yener həmçinin 15 iyul hadisələrindən sonra keçirilən demokratiya tədbirlərində iştirak etdiyini, Yenikapı mitinqinə qatıldığını və Afrində əsgərlərə dəstək verdiyini xatırladıb.


 


“Əsas məqsədim insanları əyləndirməkdir, heç vaxt kimisə hədəf almamışam”, – deyə o vurğulayıb.


 


Mənsumə




Sfera.az