Musiqi təkcə əyləncə vasitəsi deyil, insanın psixoloji vəziyyətinə birbaşa təsir edən güclü amillərdən biridir. Mütəxəssislərin fikrincə, dinlədiyimiz musiqi beynin emosiyalarla bağlı hissələrini aktivləşdirir və əhvalımıza sürətli şəkildə təsir edə bilir.
Sfera.az xəbər verir ki, araşdırmalar göstərir ki, ritm və melodiya beynin kimyəvi reaksiyalarını dəyişir. Şən və enerjili musiqi motivasiyanı artırır, insanı daha aktiv hiss etdirir. Yavaş və sakit musiqi isə stressi azaldır rahatlama və sakitlik yaradır.
Bununla yanaşı, musiqi yaddaş və hisslərlə də sıx bağlıdır. Bəzən bir mahnı keçmiş xatirələri canlandırır insanı həmin anlara qaytarır. Bu isə emosional reaksiyaların daha güclü olmasına səbəb olur.
Psixoloqlar qeyd edirlər ki, musiqi gündəlik həyatda bir növ “emosional tənzimləyici” rolunu oynayır. Doğru seçilmiş musiqi insanın əhvalını yaxşılaşdıra stressi azalda və hətta diqqəti artırmağa kömək edə bilər.
Nəticə olaraq, musiqi insan psixologiyasına real təsir göstərir. Sadəcə məsələ ondadır ki, hansı musiqini nə vaxt dinlədiyimizi düzgün seçək.
Mənsumə
Sfera.az