Malinin müdafiə naziri Sadio Kamara ölkə daxilində hərbi obyektlərə koordinasiyalı hücumlardan sonra öldürülüb.


 


Sfera.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.


 


“2020-2021-ci illərdə baş verən çevrilişlərdən bəri Malinin hərbi hökumətində əsas fiqur olan Kamara ölkənin ən güclü liderlərindən biri hesab olunurdu”, - məlumatda bildirilib.


 


Qeyd edək ki, Malidəki Azavadın Azadlığı Cəbhəsi silahlı qruplaşması gərgin döyüşlərdən sonra Kidal şəhərinə nəzarəti ələ keçirib.