Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.


 


Belə ki, hərəkətdə olan “Hyundai”, “Opel” və “VAZ 2104” markalı minik avtomobilləri toqquşub.


 


Qəza zamanı 1990-cı il təvəllüdlü Seymur İsmayılov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.


 


Faktla bağlı araşdırma aparılır. Qafqazinfo.az