Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Zopun kəndində qeydə alınıb.


 


Belə ki, iki maşının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Onların arasında 9-cu siniflərin buraxılış imtahanlarından qayıdan şagirdlərin də olduğu deyilir.


 


Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


 


Faktla bağlı araşdırma aparılır.