Azərbaycanda uzun müddət icra başçısı işləmiş Elman Allahverdiyev vəfat edib.


 


Sfera.az xəbər verir ki, bu barədə "yeni sabah"a onun yaxınları məlumat verib.


 


E.Allahverdiyev aprelin 26-da 68 yaşında dünyasını dəyişib. 


 


Qeyd edək ki, Elman Fərman oğlu Allahverdiyev 1958-ci il martın 16-da Tərtər rayonunda anadan olub.


 


O, 1994-1996-cı illərdə Tərtər Rayon İcra Hakimiyyətinin, 1996-2006-cı illərdə isə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 




Allah rəhmət eləsin!