Monqolustanın qərbində 6.8 maqnitudalı zəlzələ qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.


 


Bakı vaxtı ilə 8:23-də baş vermiş yeraltı təkanların episentri Rusiya-Monqolustan sərhədindən təxminən 400 kilometr, Monqolustanın Çinlə sərhədindən isə 150 kilometr məsafədə yerləşib.


 


Episentrdə seysmik hadisənin intensivliyi MSK-64 şkalası üzrə 9.1 bal olub.


 


İtki və dağıntı barədə məlumat verilməyib.