İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, ötən həftə İslamabadda İran və Pakistan arasında keçirilən danışıqlar uğurlu nəticələnib.
Sfera.az xəbər verir ki, görüşlər zamanı gələcək əməkdaşlıq məsələləri də daxil olmaqla bir sıra vacib mövzular müzakirə olunub.
Nazir Rusiyaya səfərdən sonra verdiyi açıqlamada bildirib ki, Pakistan rəsmiləri ilə aparılan müzakirələr konstruktiv keçib:
“Pakistandakı dostlarımızla yaxşı məsləhətləşmələr apardıq. Səfər uğurlu oldu. Əvvəlki görüşləri nəzərdən keçirdik və danışıqların hansı istiqamətdə və hansı şərtlərlə davam etdirilə biləcəyini müzakirə etdik”, – deyə Əraqçi vurğulayıb.
Onun çıxışı “Telegram” kanalında da yayımlanıb.
Niyaz Hacıyev
Sfera.az