Bu həftənin ən mühüm səma hadisəsi 1 may tarixində baş verəcək Əqrəb bürcündə Dolunay olacaq.


 


Bu enerji xüsusilə münasibətlər, maliyyə, emosional qərarlar və gizli qalan məsələlərin üzə çıxması ilə yadda qala bilər. Bəzi bürclər üçün yeni başlanğıclar, digərləri üçün isə ciddi qərarlar dövrü başlayır.


 


Sfera.az həftənin bürc proqnozunu təqdim edir:


 


Qoç


 


Bu həftə planlı davranmaq uğur gətirəcək. İş həyatında nizam-intizam tələb olunur. Münasibətlərdə isə daha anlayışlı olmağınız lazımdır. Həftənin sonuna yaxın sizi sevindirəcək xəbər gələ bilər.


 


Buğa


 


Sizin mövsümünüz davam edir və diqqət mərkəzində olacaqsınız. Maliyyə mövzularında dönüş nöqtəsi mümkündür. Uzun müddət ertələdiyiniz qərarı vermək zamanı çatır. Sevgi həyatında ciddi söhbətlər ola bilər.


 


Əkizlər


 


Ünsiyyət baxımından çox güclü həftədir. Yeni tanışlıqlar, görüşlər və maraqlı xəbərlər mümkündür. İşlə bağlı təklif ala bilərsiniz. Emosional qərarlarda tələsməyin.


 


Xərçəng


 


Daxili hissləriniz güclənir. Kimin sizə qarşı səmimi olub-olmadığını anlayacaqsınız. Ailə mövzuları gündəmə gələ bilər. Həftənin ikinci yarısında maliyyə rahatlığı görünür.


 


Şir


 


Komanda işi və sosial əlaqələrdən qazanc əldə edə bilərsiniz. Dost çevrəsində yeniliklər olacaq. Sevgi həyatında qüruru kənara qoymaq münasibətləri düzəldə bilər.


 


Qız


 


Karyera sahəsində önəmli həftədir. Yeni məsuliyyət və ya yüksəliş şansı görünür. Özünüzə şübhə etməyin. Münasibətlərdə dəstək görəcəksiniz.


 


Tərəzi


 


Yeni planlar qurmaq, səyahət və təhsil mövzuları üçün uğurlu həftədir. Həyatınıza yeni nəfəs gəlir. Köhnə qorxulardan azad olursunuz.


 


Əqrəb


 


Bu həftənin əsas enerjisi sizdədir. Dolunay sizin bürcdə baş verir və böyük dönüşlər gətirə bilər. Münasibət, görünüş və şəxsi qərarlarda dəyişiklik mümkündür.


 


Oxatan


 


Bir qədər geri çəkilib düşünmək faydalı olacaq. Gizli qalan məsələlər üzə çıxa bilər. İşdə yeni imkan görünür. Həftəsonu enerjiniz yüksəlir.


 


Oğlaq


 


Ətrafınızdakı insanlarla münasibətlər ön plana çıxır. Yeni dostluq və iş ortaqlığı mümkündür. Maddi baxımdan stabillik artır. Sevgi həyatında ciddi addım ola bilər.


 


Dolça


 


Karyerada diqqət çəkəcəyiniz həftədir. Rəhbərlik və ya nüfuzlu şəxslər sizin fərq edə bilər. Eyni zamanda şəxsi həyatda qərar vermək lazım gələcək.


 


Balıqlar


 


Yeni ideyalar, təhsil və uzaq planlarla bağlı gözəl həftədir. Sizi ruhlandıran biri ilə tanışlıq mümkündür. Maddi baxımdan gözlənilməz fürsət görünür.


 


Fidan Hacızadə


Sfera.az