"9 illik təhsil səviyyəsi üzrə nisbi bal göstəricisi 2021-2022-ci tədris ilində 34,04 faiz, 2022-2023-cü ildə 32,15 faiz, 2023-2024-cü ildə 33,38 faiz, 2024-2025-ci ildə 33,35 faiz, 2025-2026-cı tədris ilində isə 38,88 faizə yüksəlib. 11 illik təhsil səviyyəsində isə göstəricilər müvafiq olaraq 40,37 faiz, 36,59 faiz, 39,97 faiz, 42,71 faiz və 43,63 faiz olub".
Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, pandemiya dövründə açıq tipli tapşırıqların ya tətbiq edilməməsini, ya da məhdud istifadəsinin nəticələrə təsir göstərdiyini deyərək, buna baxmayaraq, sonrakı illərdə artım dinamikasının bərpa olduğunu vurğulayıb.
DİM rəsmisi xüsusilə 2025-2026-cı tədris ilində 9-cu siniflər üçün ilk dəfə tətbiq edilən şəkil əsasında hekayə qurmaq tapşırığının nəticələrinə diqqət çəkərək bildirib ki, bu yeniliyə baxmayaraq nisbi bal göstəricisində 33,35 faizdən 38,88 faizə yüksəliş qeydə alınıb. Şöbə müdiri əlavə edib ki, bu artım yeni tapşırıq modelinin şagirdlər tərəfindən müsbət qarşılandığını və bu modelin güclü və orta səviyyəli şagirdlərin fərqləndirilməsində effektiv ola biləcəyini göstərir.
Onun sözlərinə görə, DİM-in xarici dillərin qiymətləndirilməsi üzrə yanaşmaları məhz statistik təhlillərə əsaslanır və əldə olunan nəticələr imtahan modelinin müasir tələblərə uyğun təkmilləşdirilməsinə imkan verir.
Bəsti Rəfizadə
Sfera.az