Sahibə Qafarova İlham Əliyevi “Sülh və Barışıq üçün Gernika mükafatı” münasibətilə təbrik edib
Sfera.az xəbər verie ki, Milli Məclisin sədri parlamentin plenar iclasında Azərbaycan Prezidenti in “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi münasibətilə təbriklərini çatdırıb.
Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin bu nüfuzlu beynəlxalq mükafata layiq görülməsi Azərbaycanın sülh siyasətinə, bölgədə sabitliyin və əməkdaşlığın təmin olunmasına verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin göstəricisidir. O vurğulayıb ki, dövlət başçısının həyata keçirdiyi ardıcıl siyasət regionda davamlı sülhün bərqərar olunmasına, qarşılıqlı etimadın möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir.
Milli Məclisin sədri qeyd edib ki, bu mükafat Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun və Azərbaycanın dünyada artan rolunun daha bir təsdiqidir. Sahibə Qafarova parlament adından dövlət başçısını təbrik edərək, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.
Deputatlar da bu təbrikə alqışlarla qoşulub.
Qeyd edək ki, “Sülh və Barışıq üçün Gernika mükafatı” beynəlxalq səviyyədə sülhün təşviqi, barışığın möhkəmləndirilməsi və humanitar dəyərlərin qorunmasına töhfə verən şəxslərə təqdim olunur.
Firuzə Əliyeva
Sfera.az