“İtaliya mediası, xüsusilə “La Gazzetta dello Sport” qəzetinin məlumatına görə, hakim qalmaqalı ilə bağlı ciddi iddialar “İnter” futbol klubu ətrafında geniş müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, məlumata əsasən, klubun 2024-cü ildə qazandığı iki kubokdan məhrum edilə və Seriya B-yə göndərilə biləcəyi iddia edilir.
İtaliya hakimlər korpusunun rəhbəri Canluka Rokki idman saxtakarlığında şübhəli şəxs kimi göstərilir. Milan prokurorluğunun məlumatına görə, Rokki müəyyən qərarların “İnter”in xeyrinə ola biləcək hakimlərin təyin olunmasını istəyib.
İttihamlar təsdiqlənərsə, “İnter” 2024-cü ildə qazandığı Seriya A çempionluğu və İtaliya Superkubokunu itirə bilər. Bundan əlavə, klubun xal silinməsi və ya Seriya A-dakı yerini itirməsi ehtimalı da gündəmdədir.
Qeyd edək ki, hazırda “İnter” İtaliya çempionatında 34 oyundan sonra 79 xalla turnir cədvəlinə başçılıq edir.
Niyaz Hacıyev
Sfera.az