Kenan Doğulu qatıldığı verilişdə həyat yoldaşı Berən Saatdan danışıb.


 


Sfera.az xəbər verir ki, o, həyat yoldaşının xoşbəxt olmadığını etiraf edib.


 


"Beren çox həssas və incə bir insandır. O, öz kökləri ilə bütün kainata bağlıdır. Hal-hazırda o qədər bədbəxt, qayğılı və yorğundur ki, sanki bütün dünyanın ağırlığı onun çiyinlərindədir" deyə, sənətçi bildirib.


 


Xatırladaq ki, Beren Saat və Kenan Doğulu 29 iyul 2014-cü ildə Los-Ancelesdə evləniblər. Bəzən boşanma şayiələri yayılsa da, xəbər təsdiqini tapmayıb.\azxeber.com