Dünyaca məşhur müğənni və aktrisa Cenifer Lopez 56 yaşında olmasına baxmayaraq nizamlı bədən qruluşu və sağlam görünüşü ilə yenidən diqqət mərkəzinə düşüb. Ulduzun səhər tezdən etdiyi məşqdən sonra paylaşdığı fotolar sosial mediada böyük səs-küy yaradıb.
Sfera.az xəbər verir ki, Lopez bazar günü səhər saatlarında erkən məşqlə günə başlayıb və tonlanmış qarın əzələlərini nümayiş etdirən görüntülərini “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.
O, paylaşımında güzgü qarşısında ağ qısa top, qara idman büstqalteri və leqinsdə çəkilmiş fotolarını yayımlayıb. Müğənni şəkillərə “Oyan və məşq etməyə başla” qeydi əlavə edib.
Qısa zamanda viral olan paylaşım milyonlarla bəyənmə toplayaraq sosial mediada geniş müzakirələrə səbəb olub.
Məşhur ulduzun uzun illərdir şəxsi məşqçisi olan Treysi Anderson da paylaşımı şərh edərək “O qarın əzələləri!!!” sözlərini yazıb.
Qeyd edək ki, Cenifer Lopez daha əvvəl fitness yanaşmasını “Məqsəd sadədir: hər gün dünəndən daha yaxşı olmaq” sözləri ilə ifadə edib.
Mənsumə
Sfera.az