“Apple”ın rəqəmsal köməkçisi “Siri” illərdir “iPhone” cihazlarının əsas funksiyalarından biri olsa da, istifadəçilərin böyük qismi ondan yalnız zəng etmək, mesaj göndərmək və ya hava proqnozunu soruşmaq üçün yararlanır.


 


Halbuki “Siri” daha geniş imkanlara malikdir və düzgün istifadə edildikdə gündəlik həyatı xeyli asanlaşdıra bilər.


 


Sfera.az xəbər verir ki, “Siri” çoxlarının bilmədiyi, lakin ən faydalı xüsusiyyətlərii təqdim edir. “Siri” vasitəsilə xüsusi qısa yollar yaradaraq bir neçə əməliyyatı bir əmrlə yerinə yetirmək mümkündür. Məsələn, “Evə gedirəm” əmri ilə naviqasiya işə düşə, sevimli musiqi açıla və yaxınlara avtomatik mesaj göndərilə bilər.


 


“Siri”, xüsusilə sürücülük və ya məşğul anlarda böyük rahatlıq yaradır. “Ayişəyə mesaj göndər” və ya “Anama zəng et” kimi sadə əmrlərlə ünsiyyət qurmaq mümkündür. Bundan əlavə, gələn mesajları oxuya və səsli cavab göndərməyə imkan verir. “Siri” gündəlik planlaşdırmanı avtomatlaşdırır.


 


 “Sabah saat 9-da görüşüm var, təqvimə əlavə et” kimi əmrlərlə tədbirlər dərhal qeyd olunur. Xatırlatmalar və qeydlər də səsli əmrlərlə yaradılır və “Apple” ekosistemi ilə sinxron işləyir. “Siri yalnız” “Apple” tətbiqləri ilə məhdudlaşmır. “Spotify”, “WhatsApp” və digər məşhur tətbiqlərlə də işləyir. Məsələn, “Spotify”da Sezen Aksu oxut” və ya “WhatsApp”-da səsli mesaj göndər” kimi əmrlərlə müxtəlif funksiyalar idarə oluna bilir.


 


Nəticə olaraq, “Siri” sadəcə səsli köməkçi deyil. Düzgün istifadə edildikdə mesajlaşmadan tutmuş planlaşdırmaya, tətbiqlərin idarəsinə və məlumat əldə etməyə qədər bir çox sahədə istifadəçiyə vaxt qazandıran güclü bir vasitəyə çevrilir.


 


Mənsumə


Sfera.az