Hizbullahın baş katibi Şeyx Naim Qasım ölkə hakimiyyətini İsraillə birbaşa danışıqlara son qoymağa çağırıb.


 


Sfera.az xəbər verir ki, bu barədə bəyanat hərəkatın rəsmi “Telegram” kanalında yayımlanıb. Qasım bildirib ki, hakimiyyətin əsas məsuliyyəti “İsrail düşməni ilə birbaşa danışıqları dayandırmaq və yalnız dolayı danışıqlara keçməkdir”.


 


O, həmçinin Livan hökumətini milli dialoqa qayıtmağa səsləyib. Hizbullah rəsmisi vurğulayıb ki, hökumət İsrailə qarşı çıxan təşkilatın silahlı qanadını qadağan edən qərarı ləğv etməlidir. Onun sözlərinə görə, 2 mart tarixli bu qərar “rüsvayçı” xarakter daşıyır və milli maraqlara ziddir.


 


Qasım əlavə edib ki, hakimiyyət ölkə daxilində birliyi gücləndirməli və “ABŞ-İsrail planlarına” qarşı daha sərt mövqe ortaya qoymalıdır. O, eyni zamanda Hizbullahın özünümüdafiə hüququndan və İsrailə qarşı silahlı mübarizədən imtina etməyəcəyini də bildirib.


 


Fidan Hacızadə


Sfera.az