İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi Tehran-Vaşinqton danışıqları ilə bağlı açıqlama verib.




Sfera.az-ın məlumatına görə, o bildirib ki, əgər ABŞ ağıllı davranmaq niyyətindədirsə, danışıqlar zamanı İranın irəli sürdüyü şərtləri qəbul etməkdən başqa çıxış yolu yoxdur.




ABŞ Prezidenti Donald Trampın İranla danışıqlar üçün Pakistana nümayəndə heyəti göndərməkdən imtina etməsi isə ABŞ-İran xəttində gərginliyi daha da artırıb.




“IRNA”nın məlumatına görə, Rzayi regional ölkələr və neft alıcılarının tranzit yollarının bağlanması səbəbindən ABŞ-yə təzyiq göstərdiyini, bu ölkələrin Vaşinqtondan Hörmüz boğazında vəziyyətin normallaşdırılması üçün addım atmasını tələb etdiyini bildirib.




O, həmçinin İran parlamentində Hörmüz boğazından keçid üçün rüsumların tətbiqi ilə bağlı hüquqi mexanizmlər üzərində iş aparıldığını, boğazla bağlı mövcud protokolların müharibədən əvvəlki vəziyyətə qayıtmayacağını vurğulayıb.




Sonda Rzayi qeyd edib ki, İran ABŞ ilə danışıqlarda irəli sürdüyü 10 əsas şərtdən geri çəkilməyəcək.


 


Mənsumə

Sfera.az