“Tottenham Hotspur” klubu yarımmüdafiəçi Xavi Simonsun ön çarpaz bağlarının (ACL) yırtılması səbəbindən sağ dizindən əməliyyat olunacağını açıqlayıb.
Sfera.az xəbər verir ki, futbolçu zədəni şənbə günü “Tottenham Hotspur”un “Wolverhampton Wanderers” üzərində 1:0 hesablı qələbə qazandığı oyunda alıb.
Simons qarşılaşmanın 63-cü dəqiqəsində xərəkdə meydanı tərk edib.
Klubun yaydığı rəsmi açıqlamada bildirilib ki, futbolçu yaxın həftələrdə əməliyyat olunacaq və bundan sonra tibbi heyətin nəzarəti altında reabilitasiya prosesinə başlayacaq.
Niyaz Hacıyev
Sfera.az