“Neftçi” artıq 5 ildir ki, “Qarabağ”a qalib gələ bilmir.


 


Sfera.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb. 


 


Məlumatda qeyd edilib ki, Bakı klubu sonuncu dəfə ağdamlıları 2021-ci il mayın 19-da məğlub edib. 


 


Həmin matçdan sonra tərəflər 5 ildə 18 dəfə üz-üzə gəliblər. Bu matçların heç birində “ağ qaralar” rəqibini uda bilməyib. 


 


Ötən gün Misli Premyer Liqasının 29-cu turunda “Qarabağ” “Neftçi”ni 5:1 hesablı məğlubiyyətə uğratdı. 


 


Bu komandalar arasında növbəti duel isə aprelin 30-da 21-ci turdan təxirə salınmış görüş olacaq. 


 


Həmin qarşılaşma “Palms Sports Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.