“Real Madrid”in və Fransa millisinin hücumçusu Kilian Mbappeyə sol ayağında vətər zədəsi diaqnozu qoyulub. 


 


Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik dəqiqləşdirilməyib. Bildirilir ki, belə zədələrdə bərpa müddəti onun ağırlıq dərəcəsindən asılıdır. Yüngül gərginlik bir neçə günə sağala bilsə də, vətərin tam yırtılması hallarında bu müddət 3-6 aya qədər uzana bilər. Bu səbəbdən Mbappenin 2026-cı il Dünya Kubokunu buraxmaq ehtimalı da istisna edilmir.




27 yaşlı futbolçu 2024-cü ildən etibarən “Real Madrid”in formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 41 oyunda iştirak edib, 41 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Mbappe Fransa millisində isə 96 oyunda 56 qola imza atıb. O, milli komanda ilə Dünya Kubokunun qalibi olub, həmçinin turnirin finalına yüksəlib və UEFA Millətlər Liqasını qazanıb.




Qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində Kanada, Meksika və ABŞ-da keçiriləcək.


 


Niyaz Hacıyev 

Sfera.az