Dünyaca məşhur müğənni Selena Qomez növbəti dəfə şəxsi həyatı ilə gündəmə gəlib. Sosial şəbəkələrdə sürətlə yayılan videoda sənətçinin əri Benni Blankonun ayaqlarını öpdüyü anlar geniş müzakirələrə səbəb olub.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, qısa müddətdə viral olan görüntülər pərəstişkarlar arasında birmənalı qarşılanmayıb. Bir çox istifadəçi bu davranışı tənqid edərək, cütlüyün münasibətinin tez-tez mübahisəli hallarla gündəmə gəlməsini yenidən diqqətə çatdırıb.


 


Məsələ Türkiyə şou-biznesində də rezonans doğurub. Tanınmış sənətçi Seda Sayan qonaq olduğu televiziya proqramında sözügedən videoya münasibət bildirib. Təmizliyə qarşı həssaslığı ilə tanınan Sayan görüntüləri izləyərkən açıq şəkildə narazılığını ifadə edib.


 


Sənətçi reaksiyasında bildirib: “Onu evimə buraxmazdım. Çirkli, iyrənc!” Sayanın bu açıqlaması sosial mediada qısa müddətdə geniş yayılıb və bir çox istifadəçi tərəfindən dəstəklənib.


 


Fidan Hacızadə


Sfera.az