Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Nəsodi kəndi ərazisində qeydə alınıb.


 


Belə ki, Astara rayonunun 1999-cu il təvəllüdlü Motlayataq kənd sakini Həmzə Pənah oğlu Mirseyidzadə idarə etdiyi "QAZ-66" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.


 


Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.


 


Qeyd edək ki, H.Mirseyidzadə Vətən müharibəsi iştirakçısı olub. O, 2 ay əvvəl ailə həyatı qurubmuş.


 


Faktla bağlı araşdırma aparılır.