Fransanın Kann şəhərində Kiyevli bir İT şirkətinin təsisçisi və iş adamı Nika Lomia ilə ukraynalı model Nikanın möhtəşəm toyu baş tutub. Toyda bir çox məşhur qonaq iştirak edib.
Sfera.az bildirir ki, Kot-d'Azurda dənizə baxan qədim bir malikanədə baş tutan toyun aparıcısı rusiyalı şoumen Maksim Qalkin olub.
Qalkin Nika və Nika üçün mərasimi 1919-cu ildə tikilmiş, Aralıq dənizinə baxan bir malikanədə keçirib. Bütün toy proqramı rus dilində aparılıb. Rus şoumen həmçinin musiqi nömrələri ilə çıxış edərək təxminən 130.000 dollar qonorar alıb.
Maksim Qalkin təkcə toyda aparıcılıq etməklə kifayətlənməyib, həm də şənlik zamanı musiqi nömrələri ifa edib.
Ukraynalı modelin toyunda başqa bir rusiyalı sənətçi Valeri Meladze də iştirak edib. O, mahnılarını səhnədə qonaqlar üçün ifa edib və iştirakına görə təxminən 170.000 dollar qonorar alıb.
Dünyaca məşhur Puerto Rikolu müğənni Riki Martin də toya dəvət olunub. Riki Martin isə toyda iştirakına görə təxminən 1,5 milyon dollar alıb.
Qonaqlara Şatobrian steykləri və bahalı şampan şərabı təqdim edilib.
Yeni evlənənlər haqqında
Nika Lomia Gürcüstanda anadan olub və tanınmış iş adamıdır. O, şərikləri ilə birlikdə Kiyevdə onlayn qumar oyunları yaradan və orada ofisləri olan bir İT şirkəti qurub.
Onun nişanlısı bir vaxtlar Xarkovda model kimi çalışıb və "Miss Ukrayna" gözəllik müsabiqəsində iştirak edib, hazırda Avropada yaşayır.
Aynil