Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova tutduğu vəzifədən azad edilib.
Sfera.az xəbər verir ki, artıq Nəcibə Nəsibovanın yerinə təyinat da olub. Onu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov əvəzləyib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı təsdiqləyib.
Qeyd edək ki, Nəcibə Nəsibova 1992-ci ildən müşavir vəzifəsində çalışırdı./teleqraf