Naftalan şəhərində yerləşən “Möcüzəli” sanatoriyasında 70 yaşlı kişinin meyiti aşkarlanıb.


 


Sfera.az-ın  məlumatına görə, hadisə sanatoriyada qeydə alınıb. Belə ki, istirahət üçün gələn Yardımlı rayon sakini, 1956-cı il təvəllüdlü Z. Rzaquliyevin meyiti tapılıb.


 


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


 


İlkin ehtimala əsasən, onun ürək tutmasından vəfat etdiyi bildirilir.


 


Faktla bağlı araşdırma aparılır./unikal