Cəlilabadda 13 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.



 


Sfera.az xəbər verir ki, 1970-ci il təvəllüdlü Yarməmmədov Həmid Edison oğlu idarə etdiyi "VAZ 21043" minik markalı avtomobillə Üçtəpə kəndindən Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən 2013-cü il təvəllüdlü Zamanov Murad Möhübbət oğlunu vurub.



 


Yeniyetmə aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

 


Faktla bağlı araşdırma aparılır. (Modern.az)