Müəllimlərin sertifikatlaşdırılması iyun ayının sonunadək yekunlaşacaq.


 


Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.


 


Bildirilib ki, monitorinqlərin keçirilməsində əsas məqsəd şagirdlərin həm fənlər üzrə, həm də ümumi təhsil proqramı çərçivəsində mövcud çatışmazlıqların və boşluqların müəyyən edilməsidir.


 


Qeyd olunub ki, bu monitorinqlər həm də müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və onların gələcək fəaliyyətinə dəstəyin göstərilməsi məqsədini daşıyır.


 


Eyni zamanda bildirilib ki, may ayında həyata keçiriləcək əsas proseslərdən biri də müəllimlərin sertifikatlaşdırılmasıdır.


 


“Bu il sertifikatlaşdırma prosesində təxminən 30 minə yaxın müəllim iştirak edəcək. İlk dəfə olaraq riyaziyyat, xarici dil (ingilis, alman, fransız), coğrafiya, tarix və musiqi fənləri üzrə tədris aparan müəllimlər də prosesə cəlb olunacaq”, - deyə o qeyd edib.


 


Vurğulanıb ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsinin iyun ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulur.


 


Firuzə Əliyeva

Sfera.az