Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində bir sıra şəxslər ödənişsiz iştirak edəcək.
Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
Bildirilib ki, MİQ müsabiqəsində sosial həssas kateqoriyalara aid şəxslər və bəzi iştirakçılar üçün ödəniş tələbi tətbiq edilməyəcək.
Qeyd olunub ki, güzəşt tətbiq edilən kateqoriyalara ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və “Müharibə veteranı” adı almış şəxslər daxildir.
Vurğulanıb ki, bu yanaşma sosial ədalət prinsiplərinin qorunması və həssas qrupların müsabiqəyə çıxış imkanlarının genişləndirilməsi məqsədi daşıyır.
Firuzə Əliyeva
Sfera.az