ABŞ Prezidenti Donald Trampın liderlərlə əl sıxma zamanı istifadə etdiyi və qarşı tərəfi özünə çəkməyə yönələn “əl sıxma” taktikası bu dəfə Böyük Britaniya kralı III Çarlz üzərində gözlənilən effekti verməyib.




Sfera.az xəbər verir ki, sosial mediada yayılan görüntülərdə Trampın əl sıxma zamanı üstünlük yaratmağa çalışaraq qarşı tərəfi özünə çəkmək istədiyi, lakin Kral Çarlzın bu hərəkətə dərhal uyğunlaşaraq əl sıxmanı sabit saxladığı və vəziyyəti neytrallaşdırdığı görünür.




Mütəxəssislər bu cür əl sıxma davranışlarını bəzən “dominant bədən dili” kimi izah edir. Onların fikrincə, Trampın bəzi görüşlərdə əl sıxma zamanı qarşı tərəfi özünə çəkməsi psixoloji üstünlük mesajı verməyə yönəlmiş jest kimi qiymətləndirilir.




Oxşar epizodların əvvəllər də müxtəlif dünya liderləri ilə yaşandığı bildirilir. Bu sıraya Fransa Prezidenti Emmanuel Makron, Kanadanın keçmiş Baş naziri Justin Trudeau və Yaponiyanın mərhum Baş naziri Şinzo Abe daxildir. Bəzi liderlərlə, o cümlədən Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin ilə görüşlərdə isə bu tip gərgin əl sıxma anlarının müşahidə olunmadığı qeyd edilir.




Kral Çarlzla baş verən son hadisə isə sosial şəbəkələrdə “kim kimi yönləndirir” müzakirələrini yenidən gündəmə gətirib və Trampın məşhur əl sıxma tərzinə dair debatları alovlandırıb.


 


Mənsumə

Sfera.az