İran Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətləri də daxil olmaqla, digər ölkələrlə hərbi əməkdaşlığı genişləndirməyə hazır olduğunu bəyan edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran müdafiə nazirinin strateji planlaşdırma üzrə müavini, briqada generalı Talaei-Nik Reza danışıb. O bildirib ki, İran öz hərbi imkanlarını müstəqil dövlətlərlə, xüsusilə də ŞƏT üzvləri ilə bölüşməyə hazırdır.
“Bu gün İran İslam Respublikası hərbi potensialını dost və müstəqil ölkələrlə paylaşmağa hazırdır”, – deyə o qeyd edib. General əlavə edib ki, Tehran ABŞ ilə qarşıdurma zamanı əldə etdiyi təcrübəni də digər ölkələrlə bölüşmək niyyətindədir.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatına Çin, Rusiya, Hindistan, Pakistan, İran və bir sıra Mərkəzi Asiya ölkələri daxildir. İranın bu açıqlaması regionda hərbi-siyasi əməkdaşlıq məsələlərini yenidən gündəmə gətirib.
Fidan Hacızadə
Sfera.az