Bağçada uşağa qarşı zorakılıq iddiası araşdırılır.


 


Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.


 


O deyib ki, son günlərdə paytaxtın məktəbəqədər təhsil müəssisələrindən birində müəllimin uşağa qarşı kobud rəftarı və fiziki xəsarət yetirməsi ilə bağlı yayılan görüntülər ictimai rezonans doğurub və məsələ nəzarətə götürülüb: 


 


"Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən dərhal araşdırmalara başlanılıb və hazırda müvafiq əməkdaşlar faktın bütün detalları ilə bağlı yoxlamalar aparır.


Vurğulanıb ki, araşdırmanın nəticəsindən asılı olaraq, əgər iddialar təsdiqini taparsa, məsul şəxs qanunvericiliyə uyğun olaraq cəzalandırılacaq".


 


E.Bağırov əlavə edib ki, hadisənin tərkibində cinayət tərkibi müəyyən olunarsa, məsələyə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət veriləcək.




Firuzə Əliyeva

Sfera.az