“ABŞ qlobal siyasətdə əvvəlki təsir gücünü itirib”.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İran Müdafiə Nazirliyinin sözçüsü general Rza Talaeinik deyib.
Onun sözlərinə görə, artıq Vaşinqton digər dövlətlərə öz şərtlərini diktə etmək iqtidarında deyil və bu reallıq bütün dünyaya aydın olub. Talaeinik qeyd edib ki, bu vəziyyət İran xalqının və silahlı qüvvələrinin göstərdiyi müqavimət nəticəsində formalaşıb.
O vurğulayıb ki, ABŞ yaxın zamanda qanunsuz və əsassız tələblərindən imtina etməli olduğunu anlayacaq. İran rəsmisi həmçinin ABŞ və İsraili “dövlət terrorizminin simvolu” adlandırıb.
Fidan Hacızadə
Sfera.az