“Associated Press” agentliyinin məlumatına görə, ABŞ-də Milli Futbol Liqasının (NFL) oyunlarından birində baş verən qəribə hadisə azarkeşin həyatını xilas edib.
Sfera.az xəbər verir ki, “New York Giants”ın futbolçusu Young-hoi Ko “New England Patriots”a qarşı keçirilən görüşdə komandasına üç xal qazandırmaq üçün meydanda zərbə endirməyə çalışarkən səhvə yol verib.
O, topu düzgün idarə edə bilməyərək ayağı ilə meydançaya güclü zərbə vurub.
Hadisə tribunada olan azarkeş Mark Toosakerdə gözlənilməz reaksiyaya səbəb olub. O, bu anı o qədər güclü şəkildə gülərək qarşılayıb ki, özünü qəfil pis hiss edib və huşsuzluq vəziyyəti yaranıb. Daha sonra xəstəxanaya yerləşdirilən Toosaker müayinədən keçirilib.
Kompüter tomoqrafiyası nəticəsində onun beynində tennis topu böyüklüyündə xoşxassəli şiş aşkar edilib. Azarkeş vaxtında əməliyyat olunaraq uğurla sağaldılıb.
Mark Toosaker hesab edir ki, Young-hoi Ko-nun meydandakı səhvi olmasaydı, şiş daha gec aşkar edilə bilərdi və bu da onun həyatını riskə ata bilərdi.
Niyaz Hacıyev
Sfera.az