Türkiyəli aktrisa Pelin Karahan və iş adamı Bedri Güntay 12 illik evliliklərini qarşılıqlı razılıq əsasında sonlandırıblar.


 


Sfera.az xəbər verir ki, “Kavak Yelleri” serialında canlandırdığı Aslı obrazı ilə məşhurlaşan P. Karahan və B. Güntay bir məhkəmə iclasında nikahlarına rəsmən xitam veriblər. Cütlük boşanmanın ardından birgə açıqlama yayıb.


 


Açıqlamada qeyd olunub: “Bu gündən etibarən qarşılıqlı sevgi və hörmətə əsaslanan nikahımızı sülh yolu ilə bitirdik. Gələcəkdə iki övladımızın valideyni kimi məsuliyyətimizi bölüşməyə və bir-birimizə olan hörmətimizi qorumağa davam edəcəyik. Uşaqlarımızın maraqlarını qorumaq və onların inkişafına hər hansı mənfi təsirin qarşısını almaq üçün mətbuat nümayəndələrindən və ictimaiyyətdən ailə həyatımızın məxfiliyinə həssas yanaşmalarını xahiş edirik”.


 


Mənsumə


Sfera.az