Kenan Doğulu Fatih Altaylının “YouTube”da yayımlanan “Bazar söhbəti” proqramında həyat yoldaşı Beren Saat haqqında danışıb. O, aktrisanın musiqi sahəsindəki fəaliyyətindən qürur duyduğunu və onunla fəxr etdiyini bildirib.
Sfera.az xəbər verir ki, Kenan Doğulunun verdiyi məlumata əsasən, Beren Saat 6 mahnıdan ibarət mini-albom hazırlayıb və bütün mahnıları özü yazıb.
Onun sözlərinə görə, layihə əvvəlcə apreldə çıxmalı idi, lakin bölgədə baş verən müharibə səbəbilə təxirə salınıb. Müğənni Berenin ilk mahnısının qısa zamanda böyük maraq doğurduğunu da vurğulayıb.
O, həmçinin Beren Saatın hazırda emosional olaraq həssas dövr keçirdiyini bildirib və onu xoşbəxt saxlamağa çalışdıqlarını deyib.
Doğulu daha sonra Los-Ancelesdə yerləşən 2 milyon dollarlıq evinin meşə yanğınında tamamilə məhv olduğunu açıqlayıb. O, evdəki xatirə əşyalarının, musiqi alətlərinin və studiya avadanlıqlarının da yanaraq külə döndüyünü bildirib. Müğənni bunun həm maddi, həm də mənəvi baxımdan böyük itki olduğunu, amma həyat yoldaşı ilə birlikdə bu vəziyyəti aşmağa çalışdıqlarını qeyd edib.
Mənsumə
Sfera.az