Bazar ertəsi günortadan sonra ABŞ Prezidenti Donald Tramp və Birinci xanım Melaniya Tramp Ağ Evdə Britaniya Kralı III Çarlz və Kraliça Kamilla ilə görüşüblər. Ağ Ev rəhbərinin kral protokolunu pozması çox çəkməyib.
Sfera.az bildirir ki, Britaniyalı qonaqlar üçün qəbul zamanı Donald Tramp kral etiketinin ən vacib yazılmamış qaydalarından birini pozub. O, kral ailəsinin üzvü ilə əl ilə görüşüb. Qeyd edək ki, kral ailəsi üzvü ilə fiziki təmas qurmaq protokala ziddir.
Kral cütlüyü Ağ Evin Cənub Çəmənliyinə gələndə Tramp Kralın əlini möhkəm sıxıb və Melaniya Kraliçanın hər iki yanağından öpüb. Daha sonra onlar mətbuat üçün şəkil çəkdirib, gülümsəyərək, qısa söhbətlər ediblər.
Daha sonra cütlük çay içmək və Cənubi Çəmənlikdəki arı pətəklərini yoxlamaq üçün Ağ Evin əsas iqamətgahına gediblər.
Cütlüklər binaya qayıtdıqda, Donald Tramp Çarlzın çiyninə dostcasına toxunub. Bu da kral protokolunun pozulmasıdır.
Lakin, kral etiket mütəxəssisinin qeyd etdiyi kimi, Kral Çarlz həmişə bu cür məsələlərdə, məsələn, anası, mərhum Kraliça II Elizabetdən daha diqqətli olub. Kral hadisədən tamamilə xəbərsiz görünüb.
Ekspert izah etdi: "Çarlz həmişə bu məsələdə anasından daha rahat olub və Trampın jesti onun üçün son dərəcə səmimi və təmkinli idi”.
Qeyd edək ki, bu Donald Trampın kral etiketini pozduğu ilk hal deyil. 2018-ci ilin iyul ayında Böyük Britaniyaya dövlət səfəri zamanı Trampın qoşunların yanından keçərkən Kraliça Elizabetə arxasını çevirib onun qabağında yeridiyi görülüb. O dövrdə bu jest protokolun "ciddi pozulması" hesab olunurdu.
2025-ci ildə Londonda Kral Çarlzla görüş zamanı Trampın monarxa həddindən artıq yaxınlaşdığı da diqqət mərkəzində olub.
Aynil
Sfera.az