Gəncədə bıçaq xəsarəti alan kişi ölüb. 


 


Sfera.az xəbər verir ki, şəhər sakini, 1956-cı il təvəllüdlü Gəray Həmid oğlu Məmmədov sinə nahiyəsindən almış olduğu bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. 


 


Həkimlərin müdaxiləsinə baxmayaraq G.Məmmədov orada dünyasını dəyişib. 


 


Faktla bağlı araşdırma aparılır. /lent.az