ABŞ prezidenti Donald Tramp ailəsinin Britaniya monarxı ilə münasibətlərindən danışıb və anasının "kral ailəsini sevdiyini" etiraf edib.




Sfera.az bildirir ki, Amerika prezidenti bu açıqlamanı ölkəyə rəsmi səfər edən Böyük Britaniya Kralı və Kraliçasına qarşılama nitqi zamanı verib.


 


Donald Tramp anasının "Çarlza aşiq olduğunu" etiraf edib.


 


"Kraliça hər dəfə mərasimdə iştirak edəndə anam televizora yapışıb deyirdi: "Bax, Donald, bax nə qədər gözəldir"... Amma mən onun "Çarlz... bax, gənc Çarlz, o, çox şirindir" dediyini də çox aydın xatırlayıram. Anam Çarlza aşiq idi. Təsəvvür edə bilərsinizmi?" -deyə Tramp etiraf edib.


 


Amerika prezidenti valideynlərinin 63 ildir evli olduğunu açıqlayıb. Bu kontekstdə o, həyat yoldaşı Melaniyaya müraciət edərək onların bu rekorda heç vaxt çata bilməyəcəklərini bildirib.


 


Xatırladaq ki, Melaniya Donald Trampın üçüncü həyat yoldaşıdır. Cütlük 2005-ci ildə, siyasətçinin 58, o vaxtkı modelin isə 34 yaşı olanda evlənib.