İngiltərə Premyer Liqasında bir sıra matçların tarixi dəyişdirilib.


 


Sfera.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası ölkə çempionatının təqvimindəki dəyişiklikləri təsdiqləyib. Bildirilir ki, 37-ci turun oyunlarının, eləcə də 31-ci tur çərçivəsindəki matçların yeni tarixləri bəlli olub:


 


13 may


"Mançester Siti" - "Kristal Pelas"


 


19 may


"Bornmut" - "Mançester Siti"

"Çelsi" - "Tottenhem" 


 


Bundan başqa, "Aston Villa" və ya "Nottinqem Forest" Avropa Liqasının finalına vəsiqə qazanacağı təqdirdə onların çempionatdakı matçı mayın 15-də oynanılacaq.