ABŞ-nin Demokratlar Partiyasından olan konqresmenləri, Prezident Donald Trampın 1 may tarixinədək Konqresin rəsmi razılığını almadan İrana qarşı hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə, ona qarşı məhkəmə iddiası qaldırmağın hüquqi yollarını araşdırırlar.
Sfera.az bu barədə nüfuzlu “Time” nəşrinə istinadən məlumat yayıb.
1973-cü ildə qəbul edilmiş “Müharibə Səlahiyyətləri Haqqında Qətnamə”yə əsasən, Tramp hərbi əməliyyatların başladılması ilə bağlı martın 2-də Konqresi rəsmi şəkildə məlumatlandırıb. Bu hüquqi prosedur ona qanunverici orqanın xüsusi təsdiqi olmadan fəaliyyət göstərmək üçün 60 günlük (1 mayadək) müddət tanıyıb.
Demokrat qanunvericilər hesab edirlər ki, bu müddətin başa çatması qanunsuz hesab etdikləri hərbi müdaxiləyə etiraz etmək üçün ən əlverişli imkandır. Hazırda müzakirələr ilkin mərhələdə olsa da, hərbi əməliyyatlar 1 maydan sonra da davam edərsə, məsələnin genişmiqyaslı hüquqi müstəviyə daşınacağı gözlənilir.
Firuzə Əliyeva
Sfera.az