Bakıda iki nəfər dəm qazından zəhərlənib.


 


Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu R.Bağırov küçəsi ev 30-da baş verib.


 


Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova həmin ünvanın hamam otağında dəm qazından zəhərləniblər.


 


Hadisə nəticəsində Y.Atalay ölüb, T.Bəkirova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


 


Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalar aparılır. \oxu.az