Beynəlxalq Futbol Federasiyasının (FIFA) mətbuat xidmətinin yaydığı məlumata görə, 2029-cu ildə keçiriləcək FIFA Gənclər arasında Dünya Çempionatına Gürcüstan və Ermənistan birgə ev sahibliyi edəcək.


 


Sfera.az xəbər verir ki, qərar FIFA Şurasının növbəti iclasında qəbul olunub. Bununla yanaşı, təşkilat FIFA U-17 Dünya Kubokunun 2026-cı il noyabrın 19-dan dekabrın 13-dək Qətərdə keçiriləcəyini də rəsmi şəkildə təsdiqləyib.




Xatırladaq ki, 2025-ci ildə Çilidə təşkil olunan Gənclər Dünya Çempionatında Mərakeş millisi finalda Argentina yığmasını məğlub edərək turnirin qalibi olub.


 


Niyaz Hacıyev 

Sfera.az