Sosial şəbəkələrdə aktiv paylaşımları ilə diqqət çəkən məşhur sənətçi Sinan Akçıl bu dəfə evindən xüsusi bir paylaşım edib.
Sfera.az xəbər verir ki, hazırda Milli Komandanın himni üzərində çalışan ifaçı “Instagram” hesabında evində saxladığı ən dəyərli əşyanı izləyiciləri ilə bölüşüb.
Akçıl paylaşımında Ümrə ziyarəti zamanı ona hədiyyə edilən, Kəbə örtüyündən kiçik bir parça olduğunu göstərib. Həmin parçanın Həcc ziyarətində hər il dəyişdirilən örtükdən olduğunu qeyd edən sənətçi onu evində xüsusi bir yerdə saxladığını vurğulayıb.
“Evdəki ən qiymətli əşyamdır. İnanıram ki, məni qoruyur, mənə mənəvi güc verir və sanki məni izləyir”, – deyə Sinan Akçıl paylaşımında qeyd edib.
Mənsumə
Sfera.az