ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" platformasındakı növbəti paylaşımı ilə dünya mediasının diqqət mərkəzinə düşüb.
O, İranı hədəf alaraq kəskin xəbərdarlıq edib.
Sfera.az xəbər verir ki, o, paylaşımında rəsmi Tehranın diplomatik masada uğursuz olduğunu qeyd edib:
"İran bir cür işləri yoluna qoya bilmir. Nüvə tərksilahı müqaviləsi imzalamağı bacarmırlar. Tezliklə ağıllanmalıdırlar!".
Trampın paylaşımını diqqətçəkən edən digər məqam isə istifadə etdiyi vizual olub. Belə ki, siyasətçi süni intellekt vasitəsilə hazırlanmış fotosunu paylaşıb. Fotoda gün eynəyi taxan Trampın əlində tüfəng tutduğu, arxa fonda isə böyük partlayışların baş verdiyi əks olunub.
Bu paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çoxları bunu Trampın İran rejiminə qarşı "açıq təhdidi" kimi qiymətləndirib. Ekspertlər isə hesab edir ki, bu cür bəyanatlar bölgədəki qeyri-müəyyənliyi daha da dərinləşdirir.
Bəsti Rəfizadə
Sfera.az