Dünyaca məşhur müğənni Billi Eiliş şəxsi həyatı ilə bağlı açıqlaması ilə yenidən diqqət mərkəzinə düşüb.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi bu dəfə musiqidən yox, keçmiş münasibətlərindən danışıb. 24 yaşlı ifaçı bildirib ki, əvvəlki münasibətlərindən çox şey öyrənib.


 


Xüsusilə bir bürcdən olan kişi ilə yaşadığı təcrübə ona insanları daha yaxşı anlamağa kömək edib. Müğənni bunu belə izah edib: “İndi Əkizlər bürcündə olan insanları uzaqdan belə tanıya bilirəm. Əkizlər qadınlarını çox sevirəm, amma kişilərindən uzaq dururam”.


 


Bu sözlər sosial şəbəkələrdə geniş müzakirə olunub. Bəzi istifadəçilər bunu zarafat kimi qəbul etsə də, digərləri fikirləri bir qədər sərt hesab edib.


 


Fidan Hacızadə


Sfera.az