Almaniyanın “Bayer Leverkuzen” klubu Burkina-Fasolu müdafiəçi Edmond Tapsoba ilə müqaviləni 2031-ci ilə qədər uzadıb.
Sfera.az xəbər verir ki, Tapsoba 2020-ci ildə Portuqaliyanın “Vitoriya Gimaraeş” klubundan transfer olunub və baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında 2024-cü ildə Bundesliqanın qalibi olan komandanın əsas oyunçularından birinə çevrilib.
O, Leverkuzenin heyətində 267 oyuna çıxıb.
Futbolçu bildirib ki, klub onun üçün ikinci evə çevrilib və burada qazandığı uğurlarla fəxr edir. O, gələcəkdə də yeni titullar uğrunda mübarizə aparmaq istədiyini vurğulayıb.
Klubun idman direktoru Simon Rolfes isə qeyd edib ki, Tapsoba son illərdə Bundesliqanın ən güclü müdafiəçilərindən biri kimi komandanın uğurlarında mühüm rol oynayıb.
Qeyd edək ki, müdafiəçi bu mövsüm komandanın ispan oyunçuları Aleiş Qarsiya və Alexandro Qrimaldodan sonra ən çox istifadə edilən üçüncü legioner olub.
Niyaz Hacıyev
Sfera.az