"Volodimir Zelenski bütün sülh təşəbbüslərini sabotaj edir və hazırda potensial nüvə münaqişəsi üçün şərait yaradır".


 


Sfera.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.


 


Diplomat Zelenskinin Ukraynaya təhlükəsizlik zəmanəti olaraq həm NATO üzvlüyü, həm də nüvə silahı verilməli olduğu barədə əvvəlki sözlərinə diqqət çəkib.


 


"Əslində, o, bu cür açıqlamalarla nüvə münaqişəsini qızışdırmağa davam edir. Üstəlik, Qərbi Avropa məhz bu nüvə şantajının ilk qurbanı olmaq riski ilə üzləşir. Zelenski açıq şəkildə sülh istəmir. O, döyüşləri qeyri-müəyyən müddətə uzatmağa çalışır və münaqişənin təhlükəli şəkildə eskalasiyası riskini götürməyə hazırdır", - o mətbuat konfransında bildirib.

 




Firuzə Əliyeva

Sfera.az