Hollivud aktrisası Ancelina Colinin görünüşü bir müddətdir pərəstişkarları arasında ajiotaj yaradıb. Məşhur ulduz qısa müddət ərzində yenidən internetdə qızğın müzakirələrə səbəb olub.
Sfera.az bildirir ki, Ancelina Coli görünüşündəki dəyişikliklərlə bağlı yenidən narahatlıq yaradıb. Fotolarda xüsusilə gözlərindəki asimmetriya diqqət çəkib: biri digərindən daha böyük görünür, Coli isə bunu saç telləri ilə gizlətməyə çalışıb. Şəkillər internetdə tirajlanır.
Amerikalı məşhurun üzündəki anormallıq qızı Zaharanın məktəb tədbirindən görüntülərdə nəzərəçarpacaq dərəcədə hiss olunub. İnternet istifadəçiləri ulduzun stress səbəbindən üz iflicindən əziyyət çəkdiyini ehtimal edirdilər.
Lakin bəziləri bunun uğursuz plastik əməliyyatın nəticəsi olduğunu deyirlər.
Ancelina Colinin özü hələ müzakirə ilə bağlı şərh verməyib.
Yeri gəlmişkən, 21 yaşlı Zahara, Atlantadakı Spelman Kollecində Məqsəd Mirvariləri Fondu və Nu Lambda Omega Alpha Kappa Alpha bölməsi tərəfindən təşkil edilən nahar zamanı məşhur anası haqqında açıqlama verib.
Zahara Colini tərifləyərək, onu "ən fədakar, sevən və anlayışlı qadın" adlandırıb və ona ürəklə ana dediyini bildirib.
Qeyd edək ki, Coli 2005-ci ilin iyul ayında Efiopiyadan altı aylıq bir qız uşağı övladlığa götürüb. Zahara etiraf edib ki, aktrisa onu və beş bacı-qardaşını başqalarına kömək etmək, xeyirxahlıq və daim şəxsi inkişafa can atmaq dəyərləri üzərində böyüdüb.
Aynil
Sfera.az