Ukraynalı bloqqer Andriy Bagno (Andrey Baqno) Afrikada ağcaqanad sancması və malyariyadan vəfat edib. O, doğma ölkəsini dəstəkləməyib və hətta Rusiyaya köçməyi düşünüb.
Sfera.az bildirir ki, bloqqerin ölümü barədə afrikalı həyat yoldaşı Sofiya sosial mediada məlumat verib.
"Əzizlərim, həyat yoldaşım vəfat etdi. Hazırda özümü çox pis hiss edirəm. Dəfn mərasiminə ailəmlə birlikdə baxırıq"- deyə Sofiya yazıb.
Qeyd edək ki, bloqqer Ukrayna haqqında mənfi fikirlərə sahib idi. Baqno Rusiyaya və ya Avropaya köçməyi planlaşdırırdı və həyat yoldaşı üçün sənədlər hazırlayırdı, lakin bunu edə bilmədi.
Müharibənin başlamasından sonra o, müharibə kontekstində Ukraynadan bəhs etsə də, məzmunu daha çox şəxsi təcrübələrinə və xaricdəki həyatına yönəlmişdi.
2020-ci ildə, karantin dövründə, 42 yaşlı Andrey Baqno sosial mediada Kot-d'İvuardan olan 22 yaşlı Sofiya ilə tanış olub. Cütlük təxminən bir il internet vasitəsilə görüşsə də, sonralar Andrey Sofiya ilə başqa bir qitəyə köçüb.
Toylarından əvvəl Sofiyanın başqa bir kişidən hamilə olduğu məlum olub. O, təcavüzə uğrayıb; zorakılıqdan sağ çıxdığı məlum olub. Andrey uşağı qəbul edəcəyini bildirib. Bu illər ərzində evli olan cütlüyün Linda adlı qız övladı var.
Aynil