Pul saymaq, hətta həmin pul sizə məxsus olmasa belə, insan psixologiyasına müsbət təsir göstərə bilər.


 


Sfera.az bildirir ki, alimlərin apardığı araşdırmaya görə, sadəcə əskinasları saymaq belə insanlarda özünəinamı artırır, emosional sabitlik yaradır və ağrı hissini azalda bilir. Əvvəlki tədqiqatlarda insanların pul xərcləmək barədə düşündükdə həm zehni, həm də fiziki narahatlıq yaşadığı müəyyən edilmişdi. Lakin yeni nəticələr göstərir ki, pul ilə təmasın başqa tərəfi də var.


 


Çində yerləşən “Yat-Sen” Universitetində 84 tələbənin iştirakı ilə keçirilən araşdırmada iştirakçılar iki qrupa bölünüb. Bir qrupdan 80 ədəd əskinas saymaq, digər qrupdan isə adi kağız parçalarını saymaq istənilib. Daha sonra tələbələr “top atmaq” mövzusunda onlayn oyunda iştirak ediblər. Oyun elə hazırlanıb ki, iştirakçılar müəyyən mərhələdən sonra məğlub olsunlar. Sonrakı testlər zamanı məlum olub ki, oyundan əvvəl pul sayan tələbələr digərləri ilə müqayisədə daha inamlı, daha sakit və emosional baxımdan daha dayanıqlı olublar.


 


Araşdırmada iştirakçılar üzərində fiziki ağrı testi də aparılıb. Onlardan əllərini 50 dərəcə isti suya salmaları istənilib. Nəticələr göstərib ki, pul sayan şəxslər digərlərinə nisbətən ağrını daha az hiss ediblər.


 


Fidan Hacızadə


Sfera.az